TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı Idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında ”Cənub” Elektrik Stansiyasında 291 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan  197 milyon kilovatsaat artıqdır.

Qeyd edək ki, 2016-cı ilin 9 ayı ərzində isə bu elektrik stansiyasında 3 milyard 262,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 541,2 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzində saxlanılmış, o cümlədən cari ilin son üç ay ərzində əsas və köməkçi avadanlıqlarda müxtəlif təyinatlı cari təmir işləri aparılmışdır.

2013-cü ilin iyul ayında istismara verilmiş, ümumi gücü  780 meqavat olan ”Cənub” Elektrik Stansiyasında dörd qaz turbini, iki buxar turbini, dörd qazan-utilizator, altı generator və iki köməkçi qazan  quraşdırılmışdır.