AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şəmkir” Su Elektrik Stansiyasında  cari ilin sentyabr ayında 29,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

2016-cı ilin 9 ayı ərzində isə bu su elektrik stansiyasında 603,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Digər enerji obyektləri kimi “Şəmkir” Su Elektrik Stansiyasında  da iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.

Cari ilin son üç ayı ərzində hidroaqreqatlarda müxtəlif təyinatlı cari təmir işləri həyata keçirilmiş, qrafikdə nəzərdə tutulmuş avadanlıqların texniki xidmət işləri isə əsasən yerinə yetirilmişdir.

2 hidroaqreqatdan ibarət, ümumi gücü 380 meqavat olan bu SES-n birinci hidroaqreqatı 1982-ci, ikncisi isə 1983-cü ildə istismara verilmişdir.