ƏSASLI VƏ CARİ TƏMİR İŞLƏRİ APARILIB

Image

“Yevlax Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planının icrasına hələ yaz aylarından başlayıb. Ötən müddət ərzində görülmüş işlər istehlakçıların elektrik enerjisi ilə dayanıqlı təchizatını təmin etməyə imkan yaradır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik "Yevlax" yarımstansiyasında 40 MVA-lıq transformator yeni 63 MVA-lıq transformatorla əvəz edilib. Şəbəkənin xidməti ərazisindəki 10-6-04 kV-lik elektrik verilişi xətlərində, transformator məntəqələrində əsaslı cari təmir işləri görülüb. O cümlədən, 10 kV-lik III Kənd", XIII Fider", "Nemətabad", II Fider" hava xətlərində 53 ədəd dayaq yeni beton dayaqla əvəz edilib.

Qeyd edək ki, 0,4 kV-lik xətlərdə, Yevlax-Bərdə yolunda, Səmədabad, Yuxarı Qarxun, Tanrıqulular, Hacımahmudlu kəndlərində 78 ədəd ağac dayaq dəmir-beton dayaqla əvəzlənib. Müxtəlif güclü 35 ədəd transformator əsaslı cari təmirdən çıxarılıb. 10 kV-likNemətabad”, “Cırdağanhava xətlərində, Nərimankənd, Hürüuşağı, Aşağı Qarxun kəndlərində qəza vəziyyətində olan dayaqların yenilənməsi, 10-6/04 kV-lik transformator məntəqələrində əsaslı cari təmir işləri davam etdirilir.

Onu da qeyd edək ki, şəbəkənin xidməti sahəsinə daxil olan 110 kV-lik "Yevlax" yarımstansiyasında 10 kV-lik 35 kV-lik yağ açarları əsaslı cari təmirdən çıxarılıb. 110 kV-lik elektrik verilişi xətlərində, I-II Ucar hava xəttində 600-ə yaxın izolyatar dəyişdirilib.

Yeri gəlmişkən, payız-qış mövsümünə hazırlıqla əlaqədar 330 kV-lik VIMingəçevirhava xəttinin trassası yaşıl kütlədən təmizlənib, 110 kV-lik I-II Yevlax”, 35 kV-likDəmir-beton məmulatları”, “Yuxarı Bucaq”, “Şəhər-Xanabad”, I-IIXanabadxətlərinin dayaqlarında təmir işləri görülüb, izolyatorlar dəyişdirilib, torpaqlama işləri möhkəmləndirilib.