“SUMQAYIT REŞ” – “XIZI” VƏ “BAĞLAR”

Image

“Azərenerji”  SC-nin böyük müəssisələrindən biri sayılan “Sumqayıt REŞ” MMC-nin xidməti ərazisinə daxil olan “Xızı” və “Bağlar” Elektrik Şəbəkələrinin əməkdaşları cari ilin ilk üç ayı ərzində 6 və 10 kV-luq elektrik verilişi xətlərində, o cümlədən transformator məntəqələrində bir sıra təmir-bərpa və yenidənqurma işləri aparmışlar. Eyni zamanda, energetiklər, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunduqları zamanı abonentlər tərəfindən elektrik enerjisinin istifadəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirmişlər.

“Xızı” elektrik şəbəkəsinin mühəndisləri tərəfindən qeyd olunan dövr ərzində görülmüş tədbirlər sırasına yaranmış qəzaların vaxtında aradan qaldırılması, əyilmiş dayaqların düzəldilməsi, məftillərin dartılaraq tarımlanması ilə bərabər, rayon ərazisində yerləşən məcburi köçkünlərə 1 fazlı sayğac quraşdırılması məqsədilə, SİP kabellərin çəkilməsi, sayğacların quraşdırılması, sayğac qutularının yerləşdirilməsi, eyni zamanda Xızı şəhərində, Fındığan kəndində, Giləzi və Altıağac qəsəbələrində yerləşən yarımstansiyalarda cari təmir işlərinin aparılması  daxildir.   “Sumqayıt REŞ” MMC-nin digər struktur vahidi olan “Bağlar” Elektrik Şəbəkəsinin mühəndisləri də bu ilin ilk  rübündə boş dayanmamışlar. Mütəxəssislər şəbəkənin inzibati ərazisinə daxil olan 6 və 10 kV-luq hava xətlərində təmir-bərpa, yeniləmə, dəyişdirmə işləri aparılmışdır. Belə ki, hava xətlərindəki zədəli dayaqlar dəyişdirilmiş, əyilmiş dayaqlar düzəldilmiş, naqillər tarımlanmış, müxtəlif güclü transformatorlar cari təmir edilmiş, ayrı-ayrı fiderlərin yağ açarları əsaslı təmir olunmuşdur.