ZƏRURİ TƏDBİRLƏRİN GÖRÜLMƏSİ İSTİSMAR SƏVİYYƏSİNİ YÜKSƏLDİB

Image

Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə, keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə respublikanın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib.

“Ağsu Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin birinci rübündə şəbəkənin balansında olan 10 kV-lik xətlərdə 2 kilometrə yaxın məsafədə əsaslı təmir işləri görülüb. 0,4 kV-lik xətlərdə 15,5 kilometr məsafədə də təmir işləri həyata keçirilib. Xətlərdə əsaslı təmirin aparılması üçün 5 ədəd dayaqdan, 13 min metr naqildən, 330 ədəd 0,4 kV-lik izolyatordan, 2 ədəd 0,4 kV-lik metal traves və  3 ədəd 10 kV-lik metal travesdən istifadə olunub.

Qeyd edək ki, şəbəkənin balansında 17 ədəd 10/0,4 kV-lik transformator məntəqəsi (TM) təmir edilib,  xeyli miqdarda yağ əlavə olunub. Zədələnmiş transformatorlar əsaslı təmir olunaraq yerinə quraşdırılıb.

Mənbə onu da bildirdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbir görülür. Sözegedən dövr ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 54 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 178,8 min  kilovatsaatdan yuxarı itirilmiş elektrik enerjisinin 10,7 min manatdan çox  istehlak dəyəri bərpa edilib. Bu  məbləğin 76 faizdən çox hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.