ŞƏKİ REŞ – YARIMSTANSİYALARDA TƏMİR İŞLƏRİ APARILMIŞDIR
“Şəki REŞ” MMC-nin balansında olan 35-110 kV-luq EVX-də və yarımstansiyalarda cari ilin ilk rübündə müəyyən texniki tədbirlər, təmir-bərpa işləri həyata keçirilmişdir.
Belə ki, 35-110 kV-luq hava xətləri üzrə 110 kV-luq I, II “Şəki”, I “Zaqatala”, “İsmayıllı”, “Qubaxəlilli” hava xətlərində 855 ədəd izolyator dəyişdirilmiş, 35 kV-luq hava xətlərində dayaqlar yenisi ilə əvəz olunmuş.
Bu dövr ərzində 35-110 kV-luq yarımstansiyalar üzrə isə 110/35/6 kV-luq “Şəki”, 110/35/10 kV-luq “Əlibəyli”, “Cəfərabad”, “Zaqatala”, “Bəhmədli”, 35/10 kV-luq “Taxılçılıq sovxozu”, “Çeşməli”, “Qəbələ”, “Yaqublu”, “Qoxmuq” yarımstansiyaları əsaslı və cari təmir olunmuşdur. Bu zaman, 4 ədəd 110 kV-luq, 2 ədəd 35 kV-luq güc transformatoru, habelə 1 ədəd 110 kV-luq, 11 ədəd 35 kV-luq, 17 ədəd 10 kV-luq yağ açarı əsaslı, 1 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq, 12 ədəd 10 kV-luq ayrıcı isə cari təmir edilmişdir.
Cari ilin birinci rübündə “Şəki REŞ” MMC-nin balansında olan 35-10 kV-luq, 110/10/6 kV-luq və 110/35/10 kV-luq yarımstansiyalarda yanğın təhlükəsizliyi tədbirləri barədə təlimatlar hazırlanmış, 1017 nəfər fəhlə, qulluqçu və mühəndis-texniki işçilərə yanğına qarşı təlimatlar keçirilmişdir. Bununla yanaşı əməliyyat heyəti ilə yanğın qəza məşqləri keçirilmişdir.