DAHA BİR MÜSABİQƏ-BAXIŞ YEKUNLAŞDI

Image

"Azərenerji" ASC-nin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair daha bir müsabiqə-baxışa yekun vuruldu. Məqsədi energetika müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, qəza və əks-yanğın məşqlərinin keyfiyyətlə aparılması, işçilərin istirahətinin səmərəli təşkil edilməsindən ibarət olan müsabiqə-baxış sağlam rəqabət mühiti əsasında reallaşıb.

Müsabiqə-baxış "Azərenerji" ASC ilə səhmdar cəmiyyətinin Birləşmiş  Həmkarlar İttifaqı Komitəsi arasında 2011-2012-ci illər üçün bağlanmış Kollektiv müqavilə əsasında keçirilib. Müsabiqə-baxışda elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji təchizatı və sahə xidmət təşkilatları iştirak ediblər. Tədbirin təşkili və səmərəli keçirilməsi məqsədilə Təşkilat Komissiyası yaradılıb.

“Azərenerji! ASC-nin Mətbuat xidmətinə Səhmdar cəmiyyətinin Əməyin mühafizəsi xidmətindən daxil olan məlumata görə, müəssisələr tərəfindən təqdim olunan sənədlər iş yerlərinə keçirilən baxışlar əsasında komissiya üzvlərinə müvafiq arayışlar təqdim olunub. Bu dəfəki müsabiqədə müəssisələr tərəfindən təqdim olunan sənədlərin təhlili ilə  yanaşı, "Azərenerji" ASC-nin 27 fevral 2012-ci il tarixli və "Az 1005 - 1006 saylı sertifikata əsasən enerjisistemin müəssisələrində ISO 9001/14001 proqramı"nın keçirilməsi tələblərinə əsasən görülən işlər, Əməyin mühafizəsi xidmətinin arayış və məlumatları, müvafiq idarələrin təklifləri nəzərə alınıb. Nəticədə təşkilat komissiyası üzvləri aşağıdakı müəssisələrin mükafatlandırılmasını təşkil ediblər.

Qeyd edək ki, enerjinin istehsalı müəssisələrindən “Sumqayıt Elektrik Stansiyası”  birinci yerə layiq görülüb. "Şahdağ ES" və "Şimal ES" isə ikinci yeri bölüşüblər. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” yenidən birinci mükafatın sahibi olub. “İmişli” və “Şirvan” REŞ-lər isə ikinci yerdə qərarlaşıblar. Enerji təchizatı və sahə xidmət müəssisələri üzrə bu dəfə birinci mükafat iki müəssisə arasında bölüşdürülüb. Bunlar “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”dur. İkinci yerə isə “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” layiq görülüb.