XAÇMAZ REŞ – SİYƏZƏN VƏ ŞABRAN EŞ-LƏRDƏ TƏMİR VƏ BƏRPA İŞLƏRİ APARILMIŞDIR
“Xaçmaz” regional elektrik şəbəkəsinin inzibati ərazisinə daxil olan Şabran və Siyəzən rayonlarının elektrik təsərrüfatı işçiləri 2012-ci ilin birinci rübü ərzində rayonlarının əhalisinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədilə müxtəlif səpgili təmir-bərpa və yenidənqurma işləi aparmışlar.
Belə ki, Şabran rayon elektrik şəbəkəsinin mütəxəssisləri tərəfindən 110/35/10kV-luq “Şabran” yarımstansiyasında 2 ədəd köhnə tipli yağ açarları yeni vakuum açarları ilə əvəzlənmiş, eyni zamanda 15 ədəd 10/6-0,4 kV-luq transformator məntəqələrində cari təmir işləri aparılmış, transformatorlara müəyyən miqdarda transformator yağı əlavə olunmuşdur.
Əsaslı təmir qrafiki çərçivəsində 10 kV-luq “Dağ-bilici”, “Teleötürücü”, “Qəndab”, “Dəmir yol” hava xətlərində 1,49 km məsafədə və Baş Əmirxanlı, Xəlilli, Dəvəçi kəndlərində 0,4 kV-luq xəttdə 3,99 km məsafədə əsaslı təmir işləri aparılmışdır. Kilvar və Zeynə kəndlərində “Azenco” ASC tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində 3 ay ərzində 91 ədəd 6 kV-luq, 240 ədəd 0,4 kV-luq dayaq, 273 ədəd ŞS-10 markalı izolyator quraşdırılmış,13,6 km məsafədə AS-40 markalı naqil, 12,9 km məsafədə 0,4 kV-luq SİP kabel çəkilmiş, Kilvar kəndində 2 ədəd, Zeynə kəndindı isə 1 ədəd 250 kVA-lıq yarımstansiya quraşdırılmışdır. Şabran rayon mərkəzində də müvafiq təmir və yenidən qurma işləri aparılmışdır.
Eyni qayda ilə Siyəzən rayonunda yaşayan enerji tələbatçılarının dayanıqlı enerji ilə təmin olunması məqsədilə elektrik şəbəkəsinin mütəxəssisləri tərəfindən 10 kV-luq “Dağ-quşçu”, “Çınqıl-zavod”, 6 kV-luq “BSU-9”, “Ağbaş”, “Sağlocar”, “Zarat” hava xətlərində 21,36 km məsafədə cari təmir işləri görülmüşdür. Təmir işləri çərçivəsində rayonun müxtəlif yerlərində 0,4 kV-luq EVX-lərdə ümumilikdə 30,42 km məsafədə cari təmir, 0,5 km məsafədə əsaslı təmir işləri aparılmış, habelə, 2,1 km AS-50 markalı naqil yenisi ilə əvəz olunmuşdur. Siyəzən şəhərində ümumilikdə 11 ədəd KTY –də əsaslı və cari təmir işləri görülmüşdür.
Hər iki rayonda abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və qəza açılmalarının azaldılması məqsədilə təmir işləri gələcəkdə də davam etdiriləcəkdir.