DAYANIQLIĞA MÖHKƏM ZƏMİN YARADILIR

Image

“Lerik Elektrik Şəbəkəsi”ndə də elektrik enerjisinin daha dayanıqlı ötürülməsini  və paylanmasını təmin etmək üçün nəzərdə tutulan texniki tədbirləri uğurla yerinə yetirilir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik şəbəkələrdə, eyni zamanda transformator məntəqələrində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Belə ki, yenidənqurma işləri çərçivəsində mövcud 0,4 kV-lik xətlərin 320 metri SİP kabellə əvəz edilmiş, 2,4 kilometrə yaxın xəttdə isə əsaslı və cari təmir işləri aparılmışdır. Eyni zamanda 10 kV-lik xətlərin 9,5 kilometrində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, bu dövrdə 24 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı ümumi gücü 510 KVA olan 3 ədəd transformator da əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və hazırda da davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, burada cari ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı 3 qayda pozuntusu faktı aşkar edilərək 9,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 580 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 23 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qayda pozuntularının təsnifatına və istehlakçı qrupuna gəldikdə isə, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Sonda onu da qeyd edək ki, rayonun elektrik enerji təchizatı 20 ədəd 10 kV-lik EVX-lər, balansda olan və olmayan ümumi gücü 29,8 MVA yaxın olan 314 ədəd transformator və komplekt transformator məntəqələri vasitəsilə həyata keçirilir.