1,5 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin may ayında ölkə enerjisistemində 1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 5 ayı ərzinndə isə 9,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, İES-lərdə 8,5 milyard kilovatsaata yaxın, SES-lərdə isə 1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.