“Azərenerji” ASC 500 kV-luq “Samux-Qardabani” Hava Xəttində yenidənqurma və elektrikquraşdırma işlərinin satınalınması üzrə Açıq Tender ELAN EDİR
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56;).
Hesab: AZ35AIIB33020019441024659102
VÖEN : 9900000421
Bank: “Kapital Bank” ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri оlan zərflərin açılışı günündən sоnra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik verilişi xəttləri, elektrik istehsalı işlər üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- Şifarişçinin podraçıya təqdim elədiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaq.
- İddiaçı şirkətinin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xəttləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiqedici sənədlər.
- İddiaçı şirkətin çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasını təsdiq edən tərcümeyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “14” fevral 2022-ci il saat 1500-a qədər, bank təminatını və tender təklifi isə “22” fevral 2022-ci il saat 1500-a Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanına “Tender və Müqavilə” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri “23” fevral 2022-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda (online qaydada) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“Azərenerji” ASC-nin
TENDER KOMİSSİYASI