T E N D E R
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 110/35/6 kV-luq “Salyan” Yarımstansiyası, 110/35/10 kV-luq “Yevlax” Yarımstansiyası, 110/35/10 kV-luq “Ucar” Yarımstansiyası, 110/35/10 kV-luq “Masallı” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 4 (dörd) lot üzrə keçirilir:
LOT - 1. 110/35/6 kV-luq “Salyan” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
LOT - 2. 110/35/10 kV-luq “Yevlax” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
LOT - 3. 110/35/10 kV-luq “Ucar” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
LOT - 4. 110/35/10 kV-luq “Masallı” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı – 2 000 (iki min) manat
İştirak etmək istəyənlər iştirak haqlarını aşağıda qeyd olunan,
Hesab: AZ35AIIB33020019441024659102
VÖEN : 9900000421
Bank: “Kapital Bank” ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
hesaba köçürdükdən sonra ərizə ilə müraciət edərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanında, “Azərenerji” ASC-nin “Tender və Müqavilə” şöbəsindən ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Azad Məmmədov , telefon: 490-09-27, 598-05-56;
|
LOT-1. 110/35/6 kV-luq “Salyan” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması, LOT-2. 110/35/10 kV-luq “Yevlax” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması, LOT-3. 110/35/10 kV-luq “Ucar” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və LOT-4. 110/35/10 kV-luq “Masallı” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
|
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri оlan zərflərin açılışı günündən sоnra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik istehsalı işlər üzrə başqa layihələrin və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- Şifarişçinin podraçıya təqdim elədiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaq.
- İddiaçı şirkətin elektrik stansiyaların və yarımstansiyaların tikinti işləri üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər.
- İddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi halları).
- İddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “17” noyabr 2021-ci il saat 1500-a qədər, bank təminatını və tender təklifi isə “25” noyabr 2021-ci il saat 1500-a Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10, ünvanına “Tender və Müqavilə” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri “26” noyabr 2021-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İclas online qaydada keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (online qaydada).
“Azərenerji” ASC-nin
TENDER KOMİSSİYASI