“ABŞERON REŞ”: “ŞƏBƏKƏ”DƏ YENİDƏNQURMA İŞLƏRİ YERİNƏ YETİRİLİR

Image

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ilin son üç ayında da davam etdirilmişdir. Bütün elektrik energetika müəssisələrində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) əmək kollektivi də qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün səylə çalışır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda təmir işləri, təsdiq edilmiş qrafik üzrə keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir. Məlumatda bildirilir ki, hesabat dövründə şəbəkəinin xidməti ərazilərində bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir bərpa işləri həyata keçirilmişdir.

Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar yeni 400 MVA gücündə 3 saylı avtotransformator, eyni zamanda III-IV

“Abşeron” hava xəttinin mühafizə paneli işə qoşulmuşdur. Bundan başqa 1 saylı 400 MVA gücündə 1 saylı avtotransformatorun isə mühafizələri yoxlanılmış, 5 saylı eleqaz açarının (EA) cərəyan dövrələri yoxlanılmış və sxemə salınmışdır. Bütün bunlarla yanaşı 330 kV-lik I “Abşeron” EVX-də, 220 kV-lik 7-ci “Abşeron” və 1-ci “Hövsan” HX elektrik avadanlıqlarında da yenidənqurma işləri həyata keçirilmiş və işə qoşulmuşdur. Hazırda layihə əsaında 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) yenidənqurma işləi davam etdirilir. Qeyd edək ki, şəhərin mərkəzi hissəsinin enerji təchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar olaraq 110 kV-lik açıq paylayıcı quruluşda (APQ) ayrıcıların, idarəetmə məntəqəsində 110/220 kV-lik idarəetmə lövhələrinin yenisi ilə əvəzlənməsi işləri davam etdirilir. Eyni zamanda 2 saylı avtotransformatorun 110 kV-lik EA-nın idarəetmə kabelləri quraşdırılmışdır. Bütün bunlarla yanaşı 1-ci və 2-ci “Puta”, 1-ci və 2-ci “Badamdar”, 1-ci “Sallaqxana” EVX-lərinin də avadanlıqlarında yeniləşmə işləri aparılmışdır.

Onu da qeyd edək ki, 220 kV-lik “Xırdalan” yarımstansiyası da bu qəbildən olan enerji təsərrüfatlarındandır. Belə ki, yarımstansiyanın dayanıqlılığının daha da möhkəmləndirilməsi ilə əlaqədar olaraq 3-cü və 5-ci “Abşeron” EVX-nin yeni mühafizə panelləri işə qoşulmuş, 2 sylı xüsusi sərfiyyat transformatorunun 10 kV-lik tərəfində mühafizə siqnalizasiya sxemi quraşdırılmışdır. Mənbədən daxil olan məlumatda o da qeyd edilir ki, 220 kilovoltluq “Hövsan” yarımstansiyasında 200 MVA avtotransformatrun 110 kV-lik tərəfində reaktor yenisi ilə əvəzlənmiş, digər elektrik avadanlıqları da yenilənmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 220 kilovoltluq “Səngəçal”, 110 kilovoltluq “Puta”, “Qala”, “Ramana” və digər yarımstansiyalar da bu tədbirlər sırasına aid edilir. Adları qeyd edilən enerji obyektlərində müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilib. Məsələn, burada müxtəlif gərginlikli bölmələr arasında əlaqələndirici kabellərin  yenisi ilə əvəzlənməsi, eleqaz, gərginlik və cərəyan transformatorlarının dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri uğurla yerinə yetirilmişdir. Yeri gəlmişkən, 220 kV-lik “Böyük Şor” yarımstansiyasında tikinti quraşdırma işləri davam edir. Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.

Mənbədən o da bildirilir ki, mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.  Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır.  Bundan əlavə, yağ tutumlu avadanlıqların yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə  xüsusi təlimlər keçirilir.

Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən  mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.