GÖRÜLMÜŞ TƏDBİRLƏR NƏTİCƏ VERİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, istehlak edilmiş elektrik enerjisinin haqqının ödənişinin , eyni zamanda sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, «Göygöl Elektrik Şəbəkəsi»nin (EŞ) xidməti ərazisində cari ilin sentyabr ayında 6,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 407 min kilovatsaata yaxın azalmış, ödəniş isə mütləq 9 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min kilovatsaat azalaraq 1,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır.
Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində sözügedən EŞ üzrə istehlak 70,5 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4,7 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2 milyon kilovatsaata yaxın artaraq 20,4 milyon kilovatsaatdan çox olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizdən artıq olmuşdur.
Mənbədən daxil olan digər bir məlumata görə, cari ilin 9 ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların «Elektrik Enerjisindən İstifadə Qaydaları»nı pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Mənbə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX), transformator və komplekt transformator mənəqələrində (TM və KTM) həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 10, 6 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilən təmir işləri zamanı xətlərin müəyyən hissəsi yenilənmiş, dayaqlar quraşdırılmış və bəzi dayaqlar düzləndirilmiş, xətlər dartılmış və onların trassası yaşıl kütlədən təmişlənmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, TM və KTM-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı transformatorlar da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir. Sonda onu da qeyd edək ki, EŞ-in xidməti ərazisində vaxtında həyata keçirilmiş hazırlıq işləri mövcud iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb.