“AzərEnerji” və “China Energy” rəhbərliyinin görüşü olub
“AzərEnerji”
ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə Çinin aparıcı enerji şirkətlərindən olan “China Energy”
International Group-un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi
nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı
Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və
inkişaf perspektivləri, xüsusilə bərpa olunan enerji layihələri üzrə
tərəfdaşlıq imkanları müzakirə olunub. Həmçinin Çin enerji şirkətlərinin
Azərbaycandakı fəaliyyəti və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi
istiqamətində görülə biləcək işlər nəzərdən keçirilib.
Müzakirələr zamanı hazırda icra
olunan “yaşıl enerji” layihələri ətrafında fikir mübadiləsi aparılıb.