COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” ASC-lər geniş pavliyonla təmsil olunurlar
COP29 çərçivəsində “AzərEnerji”
və “Azərişıq” “yaşıl zonada” geniş pavliyonla təmsil olunurlar. Bu gün
pavliyonun açılışı olub və qonaqlar əraziyə baxış keçiriblər. Burada ziyarətçilərə
maketlər və hazırlanan təqdimatlar üzərindən geniş məlumatlar verilib. O cümlədən
tanıtım bükletləri və kataloqlar paylanıb.
“AzərEnerji” tərəfindən görülən
dekarbonizasiya tədbirləri, “Yaşıl Enerji Zonası” elan edilən Qarbağ və Şərqi Zəngəzurda
4 ildən az müddətdə ümumi gücü 270 meqavat olan 32 ədəd su elektrik
stansiyasının tikiməsi və başqa məlumatlar qonaqların geniş marağına səbəb
olub.
Ümumiikdə isə “Yaşıl zonada”
“AzərEnerji” tərəfindən 6 tədbirin, 5 imza mərasiminin və tanınmış beynəlxalq
enerji şirkətlərinin rəhbərləri ilə müxtəlif görüşlərin keçirilməsi
planlaşdırılır.