“Azərenerji” ASC-də “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Image

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “AzərEnerji” ASC-də geniştərkibli tədbir keçirilib.

Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni və “Azərenerji” ASC-nin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “Azərenerji” ASC-nin Nəzarət İdarəsinin rəisi Səməd İslamov və Hüquq şöbəsinin hüquq-məsləhətçici Cəbrayıl Əhmədov Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planından irəli gələn vəzifələrin icrasından, “AzərEnerji” ASC-də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, işə qəbul prosedurlarında şəffaflığın təmin olunmasından, ASC-nin fəaliyyətinin beynəlxalq standartlar əsasında formalaşdırılmasından, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətindən danışıblar. 

Tədbirdə iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Dövlət Başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, bu sahədə atılan müsbət addımlar, cəmiyyətdə şəffaflığın qorunmasına yönəlik və əldə olunan nəaliyyətlər, eləcə də bu sahədə dövlət təşkilatları qarşısında duran vəzifələr və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın gücləndirilməsində bəhs edib. 


 Daha sonra “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi”nin rəhbəri Rauf Zeyni tərəfindən vizual vasitələrlə Mərkəzin həyata keçirdiyi layihələrdən danışıb, QHT-lər tərəfindən korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri və ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi mövzularına toxunaraq çıxış edib.


Sonda QHT nümayəndələri “Azərenerji” ASC-nin Tədris, Laboratoriya və Energetiklərin mədəniyyət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlara birbaşa iş başında məlumatlandırıcı və marifləndirici fikirlər aşılayıblar.