Kəlbəcər və Laçında yerləşən kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması proseduru davam edir
2024-cü ilin əvvəlində
Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və
“Meydan”, eləcə də Laçın rayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su
elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri
üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və
“SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon
Council” və İsveçrədə yerləşən “Gold Standard” qurumlarına müraciət edilib.
Yuxarıda qeyd
edilən qurumlar tərəfindən yeddi kiçik su elektrik stansiyası üzrə sənədlərə
ilkin baxış keçirilib və qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub.
Sahə auditi mərhələsinin icrası məqsədilə audit şirkəti cəlb edilib. Bu mərhələ
10 iyun 2024-cü il tarixindən başlayaraq, üç gün ərzində Azərbaycanda səfərdə olan
ekspert tərəfindən həyata keçirilib.
Qeydiyyat
proseduru davam edən yeddi kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində
il ərzində 45 – 50 min ton karbon dioksid qazının atmosferə atılmasının
qarşısının alınması nəzərdə tutulub.
Qeyd edək ki, işğaldan azad
edilən ərazilərdə həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri
üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.