“AzərEnerji” və “Azərişıq” “Zəfər işığı” adlı geniş tədbir keçirib
“AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətləri Ulu
Öndər Heydər Əliyevin 100 illiyi, Prezident İlham Əliyevin hakimiyyətə gəlməyinin
20 illiyi və Zəfər Günü ilə bağlı “Zəfər
işığı” adlı geniş tədbir keçiriblər. “AzərEnerji” ASC-nin Baş İdarəetmə
Kompleksinin binasında yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə ilk öncə dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyev və Vətən
uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən
ərazilərdə “AzərEnerji” və “Azərişıq” tərəfindən görülən işlərə həsr olunmuş “Zəfər
işığı” adlı filmin nümayişi olub.
“AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək Ulu
Öndərin energetika sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, Ulu Öndər
Heydər Əliyev tərəfindən formalaşdırılan
müstəqil Azərbaycanın elektroenergetikası məhz cənab Prezident İlham Əliyev tərəfindən
bugünki səviyyəyə çatıb. Baba Rzayevin
sözlərinə görə, bu gün Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu
alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması,
alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxdan artıq
yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın tikilərək
yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin
çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxın hissəsinin
ixrac edilməsi, qeyri neft sektorunda enerji ixracının neçə illərdir birinci
olması və digər bu kimi məsələlər cənab Prezident İlham Əliyevin davamlı enerji
strategiyasının həyata keçirilməsinin təzahürüdür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
qazanılan şanlı Zəfər yolundan danışan Baba Rzayev qeyd edib ki, Cənab Prezidentin
tapşırığı ilə hələ müharibə gedən dövrdə “AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin
əməli fəaliyyət keçib və artıq bütün azad olan
rayonlar Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı “yaşıl enerji”
zonasın çevrilməkdədir.
Tədbirdə çıxış edən qocaman energetik
Baxış Babayev, Akademik Arif Həşimov, professor Nurəli Yusifbəyli də Prezident
İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad olunması və bunu ardınca
həyata keçirilən quruculuq işlərindən danışıblar.
Daha sonra 3
il ərzində işğaldan azad olunan ərazilərin elektrik təchizatında xüsusi fədakarlıq
göstərən “AzərEnerji” və “Azərişıq” əməkdaşları müxtəlif nominasiyalar üzrə
Baba Rzayev və Vüqar Əhmədov tərəfindən mükafatlandırılıb. Eyni zamanda qəhrəman
qazilərimizə də hədiyyələr təqdim olunub.
Tədbirin
sonunda konsert proqramı təşkil olunub.