“AzərEnerji” Ulu Öndər Heydər Əliyev haqqında kitab hazırlayıb

Image

Ulu Öndər Heydər Əliyevin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyətilə bağlı “AzərEnerji” “Müasir energetikanın banisi” adlı kitab hazırlayıb. Heydər Əliyevin 100 illik yubieyi ilə bağlı çapdan çıxan kitabda Ulu Öndərin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkə enerji sistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsinin qoymasından bəhs edilir. Həmçinin 1993-cü ilin iyununda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra elektroenergetika sahəsində gördüyü misilsiz işlər də  kitabda geniş şəkildə özünə yer alıb.

Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində onun siyasi hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın energetika sistemində 3300 MVt-dan artıq generasiya gücü yaradıldığı ətraflı kitabda əks olunub.