“Azərenerji” payız-qış mövsümünə hazırdır

Image

2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata keçirilib. Ölkənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub.

Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb.

Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra “Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.