“AzərEnerji” Laçından yeni görüntülər paylaşdı
21 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən
təməli qoyulan 110/35/10 kilovoltluq “Laçın” Qovşaq yarımstansiyasının
tikintisi sürətlə davam etdirilir. 2 aydan az vaxt keçməsinə baxmayaraq “AzərEnerji”
tərəfindən tikilən yarımstansiyada işlərin böyük hissəsi görülüb.
Yarımstansiyada transformatorlar quraşdırılıb, açıq paylayıcı hissədə işlərin
böyük hissəsi icra edilib, idarəetmə mərkəzi və mühəndis yataqxanasının
tikintisi sürətlə davam etdirilir. Eyni zamanda “Güləbird” SES-dən yeni
yarımstansiyaya çəkilən yüksək gərginlikli 110 kilovoltluq ötürmə xəttində isə
işlər başa çatıb. Qovşaq yarımstansiya funksiyasını daşıyacaq Laçın şəhər
yarımstansiyası Şərq tərəfdən “Şükürbəyli”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”
yarımstasiyaları, Qərb tərəfdən “Daşkəsən,” “Kəlbəcər”, “Qorçu”
yarımstansiyaları, nəhayət mərkəz tərəfdən “Şuşa” və “Füzuli” yarımstansiyaları
ilə 110 kV-luq ikidövrəli ötürmə xətləri ilə əlaqaləndiriləcək. Bununla da
Qarabağ və Şərqi Zəngəzurun 110 kV-luq dairəvi elektrik təchizatı yaradılacaq.
Bu da işğaldan azad edilən ərazilərin enerji təchizatında fasiləsiziyi təmin edəcək.
Onu da xüsusi qeyd edək ki, “Azərenerji” tərəfindən
Laçın rayonunda digər istiqamətdə tikilən “Qorçu” yarımstansiyasında işlər
tamamlanıb və eyni zamanda Kəlbəcərdən Qorçuya çəkilən 110 kV-luq ikidövrəli
ötürmə xəttində də işlər yekunlaşıb.