“AzərEnerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başlayıb
Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal “AzərEnerji” ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kolonlarla əraziyə daxil olub.
Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.