“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

“Azərenerji” ASC-də Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülüb və müvafiq qrafik rejimi tətbiq olunubdur. Səhmdar Cəmiyyətin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcəkdir.
Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır. Ümumi günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir. Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidənqurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sistemin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur.
Bunun bariz nəticəsidir ki, “Azərenerji” ASC respublikamızın enerji təhlükəsizliyi, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi sahəsində öz funksiyalarınıinamla və uğurla icra edir.
Qədim və əlamətdar Novruz bayramı ilə əlaqədar xalqımızı təbrik edirik.