STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şimal” Elektrik Stansiyasında cari ilin avqust ayında 142,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
2016-cı ilin ötən 8 ayı ərzində isə burada 1 milyard 524,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
“Şimal” ES-in daha da dayanıqlı işini təmin etmək məqsədilə zəruri ehtiyat hissələri alınmış, soyutma sistemində yaranan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Hazırda mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.