“SUMQAYIT” ES: REAL İŞLƏRİN NƏTİCƏSİ
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Sumqayıt” Elektrik Stansiyasında cari ilin 8 ayı ərzində 2 milyard 171,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 244 min kilovatsaat çoxdur.
2016-cı ilin avqust ayında isə burada 275,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
“Sumqayıt” ES-in optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmiş, o cümlədən, cari ilin son üç ayı ərzində soyutma sisteminin ahəngdar işinin qorunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş və birinci pillə təmizləyici qurğu təmir edilmişdir.
Hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar quraşdırılmışdır.
height: 115%'>“Şimal” ES-in daha da dayanıqlı işini təmin etmək məqsədilə zəruri ehtiyat hissələri alınmış, soyutma sistemində yaranan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Hazırda mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.