AQREQATLAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN OLARAQ FƏALİYYƏT GÖSTƏRİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Bakı”  Elektrik Stansiyasında cari ilin sentyabr ayında 37,9  milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

2016-cı ilin 9 ayı ərzində isə bu elektrik stansiyasında 351,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 9 ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbaxış nəticələr əldə olunmuşdur.

Cari ilin son üç ayı ərzində dörd aqreqatda texniki qulluq işləri yerinə yetirilmiş və hazırda bir aqreqatda  təmir işlər davam etdirilir.

12 aqreqatdan ibarət, ümumi gücü  104 MVt olan bu elektrik stansiyası 2007-ci ildə istismara verilmişdir.