ŞƏBƏKƏ QIŞ FƏSLİNƏ HAZIRDIR
Son vaxtlar digər enerji obyektlərində olduğu kimi İsmayıllı, Qəbələ və Zaqatala Elektrik Şəbəkələrində (EŞ) də həyata keçirilən məqsədyönlü
tədbirlər bölgənin enerji təsərrüfatına olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan yaradır.
“İsmayıllı” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi
məqsədi ilə elektrik verilişi xətləri (EVX), transformator məntəqələri və yarımstansiyalarda geniş miqyaslı əsaslı və cari təmir işləri yerinə
yetirilmişdir.
110/35/10 kV-lik “İsmayıllı” yarımstansiyasından çıxan 10 kV-lik “Quşçuluq”, “Xəstəxana”, “Diyalı”, “Qafqaz”, “Quşencə”, “Şəhər”, “Qəsəbə”
hava elektrik verilişi xətlərində, eyni zamanda 35/10 kV-lik “İvanovka” yarımstansiyasından çıxan 10 kV-lik “Əzizbəyov”, “Talış”, “Şərabzavod”
və “A.Əsgərov” hava elektrik verilişi xətlərində (HEVX) yerinə yetirilən təmir-bərpa işlərini buna bariz nümunədir. Sozügedən HX-ləri 17 kilometrə
yaxın hissəsi təmir edilmişdir.
Rayonun 0,4 kV-lik EVX-lərində də müvafiq təmir işləri uğurla aparılmışdır. O cümlədən, 9,5 kilometrə yaxın xətt təmir edilmişdir.
Qyd edək ki, cari ilin 9 ayı ərzində 59 ədəd transformator məntəqəsində (TM) təmir işləri aparılıb.
Yenidənqurma işlərinə 100-dən artıq elektrik dayaqlarının basdırılması da daxildir.
Analoji tədbirlər “Qəbələ” EŞ-də də yerinə yetirilib. Belə ki, 110/35/10 kV-lik “Qəbələ” yarımstansiyasından çıxan 10 kV-lik 4 saylı “Vəndam”, 5
saylı “Zarağan”, 3 saylı “Tüntül”, 2 saylı “Laza”, 1 saylı “Vaz” hava elektrik verilişi xətlərində, 35/10 kV-lik “Qəbələ” yarımstansiyasından çıxan
10 kV-lik 6 saylı “Bum”, 2 saylı “Şəhər”, 3 saylı “Şəhər”, 4 saylı “Şəhər” və 1 saylı “Şəhər” hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir-
bərpa işləri icra edilmiş, enerji daşıyıcılar daha da keyfiyyətli iş rejiminə gətirilmişdir. O cümlədən, 71,6 kilometrə yaxın xətt təmir edilmişdir.
REŞ-dən daxil olan məlumat əsasında demək olar ki, elektrik şəbəkəsini əhatə edən bütün EVX-lər əsaslı və cari təmir edilmişdir. Bu da növbəti
qış fəslində abonentlərin elektrik enerjisindən istifadəsinə yüksək təminatın yaradılması deməkdir.
Bildirək ki, təmir işləri rayonun 0,4 kV-lik xətlərini də əhatə edib. O cümlədən, 23 kilometr xətt təmir edilmişdir.
Onu da qeyd edək ki, EŞ-in xidməti ərazisində 43 ədəd TM təmir edilmiş və bir ədəd komplekt transformator məntəqəsi quraşdırılmışdır.
REŞ-in fəaliyyət dairəsinə məxsus olan “Zaqatala” elektrik şəbəkəsi də diqqətdən kənar qalmamışdır. Belə ki, bu enerji obyektinin elektrik
enerjisi daşıyıcılarında da müvafiq təmir-bərpa işəri aparılmışdır. Buraya 110/35/10 kV-lik eyniadlı yarımstansiyadan çıxan 10 kV-lik “Tala”,
“Car”, “S.Vurğun”, “Göyəm”, II “Şəhər”, “Teleqüllə”, “Mazix”, “Bəhmədli”, “Əliabad”, “Suvagil”, “Lahıc” hava elektrik verilişi xətləri, 35/10 kV-lik
“Muxax” yarımstansiyasından çıxan 10 kV-lik “Muxax”, “Çobangöl” elektrik verilişi xətləri və 35/10 kV-lik “Muğan” yarımstansiyasından çıxan
10 kV-lik “Muğanlı” hava elktrik xətlərində aparılmış təmir-bərpa işələri daxildir. Sözügedən xətlərin ümumilikdə 39,5 kilometri təmir edilmişdir.
Analoji işlər 0,4 kV-lik EVX-də də həyata keçirilmiş və 15,7 kilometrə yaxın xətdə əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
Sonda onu da qeyd edək ki, burada 31 ədəd TM-də təmir işləri görülmüş və yenidənqurma işləri çərçivəsində 123 dayaq quraşdırılmışdır.