CARİ VƏ ƏSASLI TƏMİR İŞLƏRİ UĞURLA BAŞA ÇATDIRILIB

Image

Qış  fəslinin gəlişi ilə bağlı ölkənin qərb bölgəsinin enerji təsərrüfatının dayanıqlığını daha da keyfiyyətlə  təmin etmək məqsədilə aparılan təmir-bərpa işlər uğurla başa çatdırılmışdır.

"Gəncə Regional Elektrik Şəbəkəsi"ndən  (REŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bu barədə danışılır.

Mənbənin bildirdiyinə görə cari ilin son 9 ayı ərzində “Gəncə” elektrik şəbəkəsi üzrə 6-10 kV-lik EVX-lər, 8 ədəd yarımstanisya əsaslı, 110 ədəd  yarımstansiya və 7 kilomertdən artıq məsafədə  6-10 kV-lik EVX -lərdə isə cari təmir işləri aparılb.

REŞ-in  fəaliyyət dairəsinə adi olan “Tovuz Elektrik Şəbəkəsi”ndə də analoji tədbirlər yerinə yetirilib, belə ki,  burada 15 kilometrə yaxın məsafədə 6-10 kV-lik EVX-lərdə (buraya “Azaflı”, “Ceyrançöl”, “Qasımov” və digər EVX-lər daxildir), 22 ədəd yarımstansiyada əsaslı təmir işləri aparılımış və avadanlıqlar normal iş rejiminə gətirilmişdir.   “Tovuz” elektrk şəbəkəsinə məxsus “Qala”, “Şəhər”, “Aşağı Ayıblı” və “Nizami” hava elektrik xətlərində isə müxtəlif təyinatlı cari təmir işələri icra edilib.

“Gədəbəy Elektrik Şəbəkəsi”  üzrə də bir sıra yenidənqurma işləri aparılıb. Mənbədən bildirilir ki, şəbəkənin “Texpeşə”, “Gər-gər”, “Böytük Qaramurad” və “Ərtəpə”  hava elektrik veriilşi xətlərində  təxminən 10 kilometrə yaxın məsafədə əsaslı təmir işləri aparılıb.

Yenidənqurma işlərinə “Gəncə Elektrik Şəbəkəsi” üzrə 1 fazlı 890 ədəd, 3 fazlı isə 111 ədəd smart kart tipli sayğacların quraşdırlıması da daxildir. Eyni zamanda burada 10 kilometrə yaxın 0,4 kV-lik SİP kabel, 16 kilometrdən artıq koaksial kabel çəkilmiş, 1000-dən artıq elektrik dayaqları basdırılmışdır ki, bu da regional elektrik şəbəkəsinin qış fəslində daha da səmərəli və dayanıqlı işləməsinə imkan verəcək.