1,5 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin oktyabr ayında ölkə enerjisistemində 1,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Həmin mənbədən bildirildiyinə görə, 2011-ci ilin 10 ayı ərzində isə enerjisistemdə 16 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 13,6 milyard kilovatsaatdan artıq İES-lərin, 2,4 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.