TƏMİR İŞLƏRİ DAVAM EDİR

Image

Respublikamızın enerji müəssisələrində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. “İmişli Regional Elektrik Şəbəkəsi”nin əhatə etdiyi rayonlarda da bu istiqamətdə məqsədyönlü tədbirlər əvvəlcədən tərtib olunmuş plan-qrafik əsasında həyata keçirilir. Görülmüş və davam etdirilən tədbirlər elektrik enerjisinin texniki itkisinin minimum səviyyəyə salınması ilə yanaşı şəbəkələrin istismar vəziyyəti daha da yaxşılaşdırılır.

Müəssisədən görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “İmişli”, 35 KV-lik “Muğan”, “Rəsullu”, “Sarxanlı” və digər bir neçə yarımstansiyadan çıxan 10 və 6 kV-lik hava xətlərində (HX) müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən həmin xətlərin 10 kilometrə yaxın hissəsi əsaslı təmir edilmişdir. Eyni zamanda sözügedən rayonun Qaralar, Otuziki, Qərəvəlli və digər bir neçə kənd, həmçinin İmişli şəhər ərazisində isə 13 kilometrdən artıq 0,4 kV-lik xətt də təmir edilmişdir.

Qeyd edək ki, təmir işləri EŞ-in xidməti ərazisində olan transformator və komplekt transformator məntətəqələrindən də (TM, KTM) yan keçməmişdir. Belə ki, sözügedən müəssisə üzrə 162 ədəd müxtəlif güclü transformator əsaslı və cari təmir edilərək  abonentlərin istifadəsinə verilmişdir.  “Kürdəmir EŞ” üzrə də  110 kV-luq “Kürdəmir” və “Dəyirman”, “Sığırlı” YS-dan çıxan 10 kV-luk  hava xəttlərinin ümumilikdə 8 kilometrdən artıq hissəsində təmir işləri aparılmışdır. Bundan əlavə, 0,4 kV-luq EVX-lər üzrə rayonun Sığırlı, Carlı, Şahbəyli, Qoçalı, Ərəbqubalı, Qarabucaq, Xırdapay, Dayıkazımlı, Qarahacılı, Şilyan, Şahsevən, Pirili, Çöl-Ərəb, kəndlərində və Kürdəmir şəhəri ərazisində ümumilikdə 11 kilometrə yaxın məsafədə təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan transformatorların 94-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

“Saatlı EŞ”dən əldə edilən məlumatda bildirilir ki, sözügedən müəssisənin balans mənsubiyyətinə aid 110 və 35 kV-lik bir neçə yarımstansiyadan çıxan I “Şəhər”, II “Şəhər”, “Moskva”, “Ukrayna”, “Məntəqə” HX-lərində ümumilikdə 15 kilometrə yaxın məsafədə təmir işləri aparılmışdır. Müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik xətlərin isə ümüulikdə 10 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır.

Sonda onu da qeyd edək ki, bütün bunlarla yanaşı, burada 86 ədəd müxtəlif güclü transformator təmir edilərək  abonentlərin istifadəsinə verilmişdir.