REYDLƏR KEÇİRİLİR
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Xırdalan elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1198 istehlakçının (bundan 1125-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 3 milyon 351 min kilovatsaata yaxın (bundan 2 milyon 605 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 201 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin oktyabr ayında isə 62 qayda pozuntusu aktı tərtib olunmuşdur ki, bunun da 57-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 125,1 min kilovatsaata yaxın (bundan 71,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qobustan EŞ-dən əldə edilən məlumata görə, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 105 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir ki, bundan da 97-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 229,4 min kilovatsaata yaxın (bundan 181 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 13,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 70 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin oktyabr ayında isə 5 qayda pozuntusu fakt aşkar olunmuşdur ki, bu da məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 11,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 685 manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 11 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.