REYDLƏR KEÇİRİLİR
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə, sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə İmişli elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 640-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 6 milyon 474,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 388,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin oktyabr ayında 49 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 278,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 16,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 36 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.
Saatlı EŞ-dən əldə edilən məlumata görə, cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 328 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 253,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 75,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin oktyabr ayında 21 qayda pozuntusu fakt aşkar olunmuşdur. Nəticədə 55,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 35 faizinin ödənişi təmin edilmişdir.
Kürdəmir EŞ-in xidməti ərazisində cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 712 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 3 milyon 506,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 110,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin oktyabr ayında isə burada 54 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 145,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 58 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Mənbələrdən qayda pozuntularının istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, sözügedən dövr ərzində ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.