QAYDA POZUNTULARININ QARŞISI ALINIR

Image

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülməsinə baxmayaraq hələ də sayğac sxeminə müdaxilə halları qalmaqdadır. Bu halların qarşısının alınması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər davam etdirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Qusar elektrik şəbəkəsindən” daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 8 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 21,4 min  kilovatsaata yaxın (bütövlükdə məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, 2011-ci ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 193 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 343,8 min kilovatsaata yaxın (bunun 134,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 20,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin 11 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Astara” EŞ-dən əldə edilən məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 11 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 127,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində isə burada 107 qayda pozuntusu faktı aşkar olunmuş və müvafiq qaydada aktlaşdırılmışdır. Aktlar qanuna müvafiq araşdırılmış və hesabat aparılaraq 493,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 29,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 19 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.