“QOBUSTAN VƏ XIRDALAN” EŞ-LƏRDƏ TƏMİR İŞLƏRİ DAVAM EDİR
İstehlakçıların payız-qış mövsümündə dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, yarımstansiyaların vaxtında keyfiyyətli təmirini yerinə yetirməklə onların maksimal enerji ötürmək imkanlarının artırılması, enerjinin ötürülməsi və paylanmasında itkilərin azaldılması, məqsədi ilə Regional elektrik şəbəkələrində (REŞ) qış mövsümünə hazırlıqla əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Xidməti ərazilərində daha dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə “Sumqayıt Regional Elektrik Şəbəkəsi”nin (REŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda da bir sıra cari və əsaslı təmir işləri yerinə yetirilmişdir.
Sözügedən REŞ-in əlaqələndirdiyi “Qobustan Elektrik Şəbəkəsindən” (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə tədbirlər planına uyğun olaraq, 35 kV-lik “Qobustan Şəhər” yarımstansiyasında eyni gərginlikli 3 ədəd, 10 kV-lik isə 24 ədəd yağ açarları təmir edilmiş və 4 ədəd yeni cərəyan transformatoru quraşdırılmışdır. Eyni zamanda “Nərimanov”, “Təklə” və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri aparılmş, o cümlədən müxtəlif gərginlikli 33 ədəd yağ açarı təmir edimiş və 3 dəsti isə quraşdırılmışdır. 35 kV-luq “Şamaxı-Qobustan” hava xəttində isə 7 ədəd dayaq və 1,5 kilometr uzunluğunda məftil dəyişdirilmişdir.
Qeyd edək ki, müəssisənin xidməti ərazisində 69 TM, müxtəlif gücdə 3 ədəd transformator təmir olunmuş, 700 metrdən artıq müxtəlif markalı kabel dəyişdirilmişdir. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik “Ərəbqədim”, “Mərəzə”, “Təklə” və digər hava xətlərində də müxtəlif təyinatlı təmir işləri aparılmış, 54 ədəd dayaq və 5 kilometrə yaxın məftil yenisi ilə əvəz edilmişdir.
“Xırdala” EŞ-dən əldə edilən məlumata görə, “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə burada da müxtəlif təyinatlı yenidənqurma və təmir tikinti işləri yerinə yetirilmişdir. Belə ki, Xırdalan şəhəri üzrə 5 ədəd transformator əsaslı təmir olunub, bir ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılmışdır. Eyni zamanda 3,2 kilometr naqil və 579 metr kabel xətti yenisi ilə əvəz edilmiş, 320 metr SİP kabel xətti çəkilmişdir.
Onu da qeyd edək ki, Müşfiqabad qəsəbəsində yerləşən 35 kV-lik "Çaylı" yarımstansiyasında da əsaslı təmir işləri aprılmış və qəsəbə ərazisində bir ədəd transformator daha güclüsü ilə (63 KVA 250 KVA ilə) əvəz edilmişdir ki, bu da bu mənbədən qidalanan tələbatçıların elektrik enerjisi təchizatının dayanıqlığını daha da möhkəmləndirmişdir.
Sonda onu da qeyd edək ki, analoji təmir işləri şəbəkənin xidməti ərazisi olan Güzdək, Hökməli, Masazır, Qobustan və Qobu kəndlərində də aparılıb. Sözügedən ərazilərdə ümumilikdə, 7,6 kilometrdən artıq naqil yenisi ilə əvəz edilmiş, 900 metrdən çox SİP kabel xətti çəkilmiş, 2 ədəd transformator daha güclüsü ilə əvəzlənmiş, 3 ədəd transformator təmir edilmiş və 10 dayaq quraşdırılmışdır.