STANSİYA AHƏNGDAR İŞ REJİMİNDƏDİR

Image

Ölkənin cənub bölgəsinə nur paylayan “Astara Elektrik Stansiyası” Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq tikilmiş porşen tipli aqreqatlardan olan stansiyalardan birincisidir. Qısa müddət ərzində yüksək keyfiyyətlə tikilib istifadəyə verilən bu müasir energetika müəssisəsi cənub bölgəsinin elektrik enerjisinə olan tələbatını tam ödəməklə yanaşı, iqtisadiyyatımızın daha sürətli inkişafına yüksək təminat yaradıb.

Hazırda bu müəssisənin uğurlu fəaliyyəti ölkə energetika sistemi üçün qürurverici faktdır. Ölkə energetikləri üçün yeni olan bir sıra praktiki məsələlər ilk dəfə məhz burada sınaqdan çıxarılıb. "Astara Elektrik Stansiyası"ndan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada dünya standartlarına cavab verən ən müasir nəzarət-ölçü cihazları, mühafizə idarəetmə avadanlıqları quraşdırılıb. Aqreqatlar qısa müddətdə - 10 dəqiqə ərzində işə qoşulur. İstehsal edilən enerjinin ötürülməsi üçün stansiyada tikilən 110/11 kV-lik yarımstansiyanın fəaliyyəti qənaətbəxşdir.

Qeyd edək ki, istismar müddəti ərzində aylar illər üzrə elekrtik enerjisinin istehsalı, faydalı buraxılışı, xüsusi sərfiyyat şərti yanacağa dair proqnoz göstəriciləri müntəzəm olaraq yerinə yetirilib. Belə ki, 2011-ci ilin 11 ayı ərzində stansiyada 234 milyon 187 min kilovatsaat elektrik enerjisi istehsal edilib. Fəaliyyətə başladığı gündən bu ilin noyabr ayının sonuna kimi isə stansiyada 1 milyard 932 milyon 291 min kilovatsaat elektrik enerjisi istehsal edilib.

Mənbə onu da bildirdi ki, ötən illər ərzində stansiyanın bütün aqreqatlarının köməkçi avadanlıqların texniki təmir qrafikinə ciddi əməl edilib. Məhz bunun nəticəsidir ki, istismar vaxtı ərzində heç bir ciddi nasazlıq meydana çıxmayıb. Aqreqatlara texniki qulluq xidmət işləri stansiyanın işçi heyəti tərəfindən vaxtlı-vaxtında yerinə yetirilir. Hazırda stansiyada 3 maşın təmirdədir: 3, 8 9 saylı aqreqatlara növbəti istismar həddinə uyğun texniki qulluq göstərilir.