REYDLƏR MÜTƏMADİ KEÇİRİLİR

Image

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Daşkəsən”, “Samux” və “Ağstafa” EŞ-lərinin əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Daşkəsən EŞ-dən daxil olan məlumata görə,  cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 65 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 104,3 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 6,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi əsasən təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində aşkar edilmiş 271 qayda pozuntusuna görə 484,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 29,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizə yaxın hisəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Samux EŞ-dən əldə edilən məlumata görə, burada isə cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 31 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 168,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 10,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 92 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində isə müəssisə üzrə 254 qayda pozuntusu aşkar edilərək 1 milyon 849,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin (111 min manat) 76 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağstafa EŞ-də isə, cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 261 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 842,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 50,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 59 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 27 qayda pozuntusu faktı aşkar edilərək 71 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 61 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən,  cari ilin noyabr ayında aşkar edilmiş qayda pozuntularına görə  “Samux” EŞ-də 2 istehlakçı barəsində tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilmişdir. Ümumiyyətlə, cari ilin 11 aylıq yekunu üzrə “Daşkəsən” EŞ-də 8, “Samux” EŞ-də 11 və “Ağstafa” EŞ-də isə 1 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.