YENİ AVADANLIQLAR QURAŞDIRILIR

Image

Astara rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. “Astara Elektrik Şəbəkəsinn “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son illər rayonun elektrik təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha artırılmasına səbəb olmuşdur. O cümlədən qış mövsümünə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib. 110 kV-lik "Astara" yarımstansiyası üzrə 2 ədəd transformator, 110 kV-lik 3 ədəd, 35 kV-lik 2 ədəd, 10 kV-lik 8 ədəd yağ açarları cari təmir edilib, 2 ədəd 10 kV-lik yağ açarı isə əsaslı təmir olunmuşdur.

Qeyd edək ki, 35 kV-lik “Ərçivan” yarımstansiyasında 2,5 MVA gücündə transformator yenisi ilə əvəz edilib. 2 ədəd 35 kV-lik yağ açarı, 3 ədəd 10 kV-lik yağ açarı cari təmir olunub.

Yeri gəlmişkən, analoji təmir işləri  35 kV-lik “Pensər”, "Lovain"  yarımstansiyalarında həyata keçirilmişdir. Eyni zamanda  35 kV-lik "Çay fabriki- 2" hava xəttinin 2-5 saylı dayaqlarında əsaslı təmir işləri aparılıb, xeyli sayda izolyator yenisi ilə əvəz olunmuşdur.

Mənbə onu da bildirdi ki, əhalinin elektrik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq məqsədilə şəbəkə tərəfindən gücü az olan transformatorlar böyük güclü transformatorlarla əvəz olunub. Bu cür tədbirlər Astara şəhərinin S.Vurğun küçəsində, Siyəkü və Bəndəsər kəndlərində də həyata keçirilmişdir.