“GƏNCƏ”DƏ DAYANIQLIQ DAHA DA ARTIRILIR
Cari ilin son üç ayı ərzində yerinə yetirliən təmir-bərpa işləri “Gəncə” REŞ-in balans mənsubiyyətində fəaliyyət göstərən yuxarı gərginlikli avadanlıqlardan da yan keçməyib.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda belə deyilir.
Məsələn, 330 kV-lik “Gəncə” yarımstansiyasındakı eynigərginlikli 2-ci “Samux” hava elektrik verilişi xəttinin hava açarının eleqaz tipli açarla əvəz edilməsi və cərəyan transformatorunun dəyişdirlməsi buna bariz nümunədir.
Mənbədən 330 kV-lik 5-ci “Mingəçevir” hava elektrik verilişi xəttinin hava açarının da eleqaz açarı ilə dəyişdirilməsi və cərəyan transformatorunun yenisi ilə əvəz edilməsi bildirilir. Eyni zamanda burada 2 saylı avtotransformatorun hava açarı da eleqaz tipli açarla əvəz edilmişdir.
Paralel olaraq 110/35/6 kV-lik “Gəncə” yarımstansiyasında 1-ci “Quşçuluq” hava xəttinin xətt ayrıcısı dəyişdirilmiş, 1 və 2-ci 25 meqavoltamperlik transformatorun yağ açarları vakuum açarla əvəz edilmişdir. Müəssisənin balans mənsubiyyətindəki “Zəyəm” yarımstansiyasında da analoji tədbir işləri uğurla aparılıb. Belə ki, bu enerji obyektində 16 meqovatlıq transformator 25 meqovatlıqla əvəz edilmiş və dayanıqlıq daha da artırılmışdır.
Müvafiq tədirlər “Poylu” və “Ağstafa” hava elektrik verilişi xətlərində və “Üzgüçülük” yarımstanisyasında icra edilib. Belə ki, bu enerji obyektlərindən abonentlərə verilən enerjinin dayanıqlığı daha da artırılmışdır.
Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı hava elektrik verilişi xətləri üzrə 740-dan artıq izolyator, müxtəlif sayda elektrik dayaqları, 200 metrə yaxın elektrik naqili dəyişdirilimişdir. Eyni zamanda 78,5 kilometrə yaxın xəttdə əsaslı təmir işləri aparılmışdır.
Bütün bu tədbirlərə baxmayaraq bütün enerji obyektlərində, o cümlədən “Gəncə” REŞ-də yenidənqurma işləri energetiklərin gündəlik iş rejiminin əsas hissəsini təşkil edir və bu işlər mütəmadi olaraq davam etdirilir.