TƏMİR İŞLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

“Qazax Elektrik Şəbəkəsi”nin kollektivi başa çatmaqda olan cari ildə əsas diqqəti təmir-bərpa işlərinə və avadanlıqlara texniki qulluğun yaxşılaşdırılmasına yönəldib. İstismar səviyyəsinin yüksəldilməsi və payız-qış mövsümünün uğurla başa vurulması üçün nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkənin balans mənsubiyyətinə aid 10 kV-lik elektrik verilişi xətlərində 8,5 kilometrə yaxın hissəsində  təmir işləri aparılıb. Bu proses 0,4 kV-lik EVX-də də həyata keçirilib. Dörd ədəd transformator əsaslı təmir edilərək sxemə qoşulub və transformator məntəqələrində 26 ədəd ayırıcı yenisi ilə əvəz edilib.

Qeyd edək ki, elektrik şəbəkəsində texniki iqtisadi göstəricilərin səviyyəsini yüksəltmək məqsədilə 10 kV-lik   dayaqlardan 5-i Aslanbəyli, 4-ü Xınalıqlar, 7-si I Şıxlı kəndlərində, Kəmərli kəndində isə 0,4 kV-lik 8 ədəd dayaq yenisi ilə əvəz edilib. Yuxarı Salahlı kəndindən Kəmərli kəndinə gedən yolun yeniləşməsi ilə əlaqədar Aslanbəyli, Qaymaqlı Kəmərli kəndlərində yol qırağında olan dayaqlar kənara çəkilib dayaqlar yenisi ilə əvəzlənib. Qazax şəhərində Ə.Şıxlınski, Səməd Vurğun Ə.Süleymanov küçələrində yeni işıq dirəkləri quraşdırılmaqla küçələrin işıqlandırma sistemi yaradılıb.

Mənbə onu da bildirdi ki, rayonun II Şıxlı kəndi ərazisində tikilmiş "Sınıq körpü" keçid məntəqəsinin ön hissəsindən keçən yüksək gərginlikli xətlərin yol keçidində iki ədəd metal anker dayaq quraşdırılıb. Bununla yanaşı, "Sınıq körpü"dən Qazax şəhəri istiqamətində olan yüksək gərginlikli elektrik xətlərinin dayaqları aşağı gərginlikli elektrik xətlərinin dayaqları yenisi ilə əvəz edilib. 110 kV-lik "Daş Salahlı" "Şıxlı" yarımstansiyalarında eləcə digər yarımstansiyalarda fəaliyyət göstərən transformatorlarda sınaq-yoxlama işləri aparılıb. 35 kV-lik "Ağstafaçay", "I II Pillə", "Xramçay", "Cəfərli", "Vaqif" "Kəmərli" hava xətlərində cari təmir işləri aparılıb, metal dayaqlara künclüklər əlavə edilib ki, bunlar da hava xətlərinin qış mövsümündə dayanıqlığına müsbət zəmindir.

Mənbəyə istinadən onu da qeyd edək ki, 35 kV-lik "Qazax-1" yarımstansiyasında 2 saylı 4 MVA transformator 6,3 MVA transformatorla "Qazaxbəyli" yarımstansiyasında isə 4 MVA transformator yenisi ilə əvəz edilib. Çaylı kəndindəki 100 63 KVA transformatorlar təmir olunaraq yerlərinə quraşdırılıb. Yeni dəmir yolunun çəkilişi ilə bağlı Çaylı kəndində dörd ədəd dayağın yeri dəyişdirilib.

Yeri gəlmişkən, N.Nərimanov qəsəbəsindəki yeni məhəlləyə 0,4 kV-lik elektrik xəttinin çəkilişini Şəhidlər xiyabanının üzərindən keçən 10 kV-lik hava xəttinin kabel xətti ilə əvəz edilməsini son aylarda görülən işlərdən hesab etmək olar.