TƏMİR-BƏRPA İŞLƏRİ ARDICILLIQLA DAVAM EDİR
Respublikamızın enerji müəssisələrində, o cümlədən “Gəncə Regional Elektrik Şəbəkəsi”nin balans mənsubiyətinə məxsus olan enerji obyektlərində mövcud iqlim şəraitinə hazırlıq məqsədilə ötən ilin son üç ayı ərzində bir sıra təmir-bərpa işləri yerinə yetirilib.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son aylar ərzində REŞ-in “Samux” elektrik şəbəkəsində 6-10 kV-lik və 0,4 kV-lik elektrik verilişi xətlərində əsaslı təmir işləri aparılaraq normal iş rejiminə gətirilib. Ümumiyyətlə, sözügedən dövr ərzində bu xətlərin 33 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bununla yanaşı, burada 4 ədəd transformator da əsaslı təmir edilmişdir. Eyni zamanda 5 transformator məntəqəsində (TM) və 2 transformatorda cari təmir işləri də aparılmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə REŞ-in balans mənsubiyyətində fəaliyyət göstərn “Daşkəsən” elektrik şəbəkəsində də müvafiq tədbirlər aparılıb. Belə ki, burada elektrik verilişi xətlərinin dayanıqlığının daha da yüksək səviyyədə olması üçün 0,4 kV-lik və 6-10 kV-lik hissələrdə əsaslı təmir işləri aparılmışdır. Digər 6-10 kV-lik və 0,4 kV-lik EVX və 2 ədəd TM-də cari təmir işləri yerinə yetirlib. Həmin bu EŞ-in xidməti ərazisində sözügedən xətlərin ümumilikdə 2,7 kilometrə yaxın hissəsində təmir işləri həyata keçirilmişdir.
“Ağstafa” elektrik şəbəkəsində isə EVX-lərin 6,2 kilometrə yaxın hissəsinin təmiri ilə yanaşı, 20-yə yaxın transformatorda və 18 ədəd TM-də təmir işləri yerinə yetirilmişdir.
Sonda onu da qeyd edək ki, ənənəvi xarakter almış təmir-bərpa işləri mütəmadi olaraq yerinə yetirilir və abonentlərin mövcud iqılim şəraitində fasiləsiz enerji təminatına şərait yaradır.