MİNGƏÇEVIR REŞ: ƏNƏNƏVİ TƏDBİRLƏR ÖTƏN İLDƏ DƏ UĞURLA DAVAM ETMİŞDIR

Image

 

Digər enerji obyektlərində  olduğu  kimi, “Mingəçevir” REŞ-in də xidməti dairələrində ötən il ərzində sistem əhəmiyyətli müxtəlif təyinatlı təmir-bərpa içləri yerinə yetirilmişdir. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidməti məlumat verir. Enerji müəssisəsindən verilən məlumata əsasən qeyd edək ki, ölkəmizin gözəl guşələrindən hesab edilən Yevlax və Bərdə şəhərlərini, həmçinin, kəndlərini qidalandıran eyni adlı elektrik şəbəkələri də bu qəlibdən olan enerji obyektləridir. Belə ki, ərazilərdə enerji dayanıqlığına xidmət edən bir sıra tədbirlər uğurla icra edilib. Məsələn, “Bərdə” elektrik şəbəkəsində 10 kilovoltluq EVX-lər üzrə aparılan təmir-bərpa işləri buna bariz nümunə sayıla bilər.

Qeyd edək ki, Bərdə şəhəri və şəhərin Alpout-Nazırlı yolunun yenidənqurulması ilə əlaqədar olaraq 10 kilovoltluq 2-ci “Kənd” hava xəttində , 2-ci “Şəhər” hava xəttində, “Dövlət” hava xəttində və “Çörək zavod” hava xəttində müxtəlif hündürlüklü metal dayaqlar basdırılmışdır ki, bu da enerji dayanıqlığını şərtləndirən amillərdəndir.

35 kilovoltluq “Qaradəmirçi” yarımstansiyasından çıxan 10 kV-lik “Qaradəmirçi”, eynigərginlikli “M.Ağalı” yarımstansiyasından çıxan 10 kV-lik 2-ci “Kənd” və  3-cü “Kənd” hava xətlərində də müvafiq tədbirlər aparılmış və burada da metal dayaqlar basdırılmışdır. Eyni zamanda 10 kV-lik elektrik verilişi xətlərində də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən sözügedən xətlərin ümumilikdə 9 kilometrə yaxın hissəsi təmir edilmişdir.

Mənbənin bildirdiyinə görə, 0,4 kV-lik elektrik verilişi xətlərdə də ötən il ərzində xeyli tədbirlər həyata keçirilib. Belə ki, M.Ağalı, Mehdili kəndlərini qidalandıran  müvafiq EVX-lər üzrə də analoji işlər aparılıb. Ümumiyyətlə  ötən ilin 4 rübü ərzində 0,4 kV-lik xətlər üzrə 7,5 kilometr məsafədə  təmir işləri yerinə yetirilib.

Şəbəkənin 10/0,4 kV-lik transformator məntəqələrində də bir sıra yenidənqurma işləri yerinə yetrilib. Buraya Şirvanlı və Yeni Daşkəsən kəndlərindəki transformator məntəqələrində aparılan bərpa işlərini daxi etmək olar.

Qeyd edək ki, 40 ədəd transformator məntəqəsində (TM) əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda 26 ədəd transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur. Sözügedən dövr ərzində 120-dən artıq yeni sayğac quraşdırılmış, 80-dən artıq sayğac isə dəyişdirilmişdir.  Yenidənqurma işləri çərçiəsində isə 240 –dan artıq smart kart tipli sayğacların quraşdırılması da ötən ilin IV rübü ərzində yerinə yetirilib.  Bütün bunlarla yanaşı, 2,5 kilometr məsafədən artıq sip kabelləri çəkilmiş və ümumilikdə 95-dən artıq dayaq quraşdırılmışdır.

“Yevlax” elektrik şəbəkəsində də analoji təmir bərpa işləri yerinə yetirilmişdir. Məsələn, şəbəkənin xidməti sahələri hesab edilən 10 kV-lik “Nemətabad”, “Quşçuluq” hava elektrik verilişi xətlərində dəmir beton dayaqların quraşdırılması ilə yanaşı, müxtəlif sayda sayğaclar da quraşdırılmış, ümumilikdə ötən ilin IV rübü ərzində 10 kV-lik EVX-lərdə 6,5 kilometr məsafədə təmir işləri yerinə yetirilib. Sözügedən dövr ərzində qaçqın və məcburi köçkün ailələri də həmişə olduğu kimi diqqətdən kənarda qalmamışdır.  Belə ki, müxtəlif yerlər daxil olmaqla  məcburi köçkün ailələrinə 50-dən artıq sayğac quraşdırılmışdır. Yerli əhali üzrə isə 60-dan artıq yeni sayğac, 210-dan artıq zədəli sayğac dəyişdirilərək quraşdırılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, bu EŞ-in balans mənsubiyyətinə aid olan 0,4 kV-lik EVX və TM-lərdə də sözügedən dövr ərzində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 5 kilometr xətt təmir edilmiş, bir transformator təmir edildikdən sonra sxemə qoşulmuş və 7 ədəd TM-də əsaslı və cari təmir işləri aparılmışdır.