YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

 

Hazırda paylayıcı elektrik şəbəkələrinin balans mənsubiyyətlərinə aid elektrik şəbəkələrinin yeniləşdirilməsi, onların dayanıqlığının daha da artırılması istiqamətində təmir-tikinti işləri  həyata keçirilir. Həyata keçirilmiş məqsədyönlü tədbir nəticəsində ifrat yüklənmələr əsasən aradan qaldırılmış, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatının səviyyəsi daha da yaxşılaşdırılmışdır. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Göyçay” və “Goranboy” EŞ-lərinin xidməti ərazilərində bu istiqamətdə işlər cari ilin I rübündə də qrafikə uyğun davam etdirilmişdir.

Göyçay EŞ-dənAzərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik I, II, III “Kənd”, IV “Şəhər”, “Quşçuluq” və digər xətlərdə aparılmış yenidənqurma və müxtəlif təyinatlı təmir işləri çərçivəsində 10 ədəd dayaq   yeni dəmir-beton dayaqla əvəzlənmişdir. Eyni zamanda sözügedən gərginlikli EVX-lərin 3 kilometri də təmir edilmişdir. Bunlarla yanaşı 0,4 kV-lik paylayıcı şəbəkələrdə həyata keçirilmiş təmir işləri zamanı 4 ədəd dayaq yenisi ilə əvəz edilmiş, 300 metrə yaxın SİP kabel çəkilmiş və sözügedən gərfinlikli EVX-nin 3,4 kilometri təmir edilmişdir.

Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan transformator məntəqələrindən (TM) də yan keçməmişdir. Belə ki, hesabat dövründə 20 ədəd TM-də təmir işləri aparılmış və eyni zamanda 4 ədəd transformator da təmir edilərək şəbəkəyə qoşulmuşdur.

Mənbədən onu da bildirdilər ki, istehlak edilmiş elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi, o cümlədən 10 kV-lik xətlər üzrə ötürülən elektrik enerjisinin balans hesabatlarının aparılması və digər amillərlə əlaqədar,  hesabat dövründə 52 ədəd yeni sayğac quraşdırılmış, 45 ədəd sayğac isə yenisi ilə əvəz edilmişdir.

Goranboy EŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində sözügedən dövrdə görülmüş təmir işləri zamanı 10 kV-lik EVX-lərin 31,5 kilometrdən artıq hissəsi təmir edilmişdir. 0,4 kV-lik şəbəkədə aparılmış təmir işləri zamanı isə bir ədəd dayaq yenisi ilə əvəz edilmiş, 6,3 kilometr xətt isə təmir olunmuşdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərn 17-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlı iş rejimi daha da möhkəmləndirilmişdir. Eyni zamanda 3 ədəd transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.  Bütün bunlardan əlavə, sayğac uçot sistemi ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində 150 ədəd yeni sayğac quraşdırılmış, 145-dən artıq sayğac isə yenisi ilə əvəz edilmişdir.

Yeri gəlmişkən, hər iki mənbədən əldə etdiyimiz məlumata əsasən Göyçay rayonunun elektrik enerji təchizatı 570 kilometrə yaxın 10 kV-lik EVX və 585-dən artıq transformator vasidəsilə həyata keçirilir. Goranboy rayonunun elektrik enerji təchizatı isə ümumi uzunluğu 993 kilometrə yaxın 10 və 6 kV-lik EVX və 1495-dən artıq transformator vasitəsilə həyata keçirilir.