İTKİLƏRİN AZALDILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Enerjisistemdə dayanıqlığın yüksəldilməsi, enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan, Naftalan rayonunda da mühüm işlər görülür. Rayon ərazisində elektrik verilişi xətləri, transformator məntəqələri inventarlaşdırılıb, abonentlərin uçotu dəqiqləşdirilib, yarımstansiyalar, transformatorlar kodlaşdırılıb. Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində ciddi irəliləyiş əldə edilib.
“Naftalan Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkənin balans mənsubiyyətinə aid olan 10 kV-lik EVX-lərin uzunluğu 32 kilometr, balansda olan və olmayan transformatorların sayı isə 61 ədəddir.
Cari ilin son üç ayı ərzində 10 kV-lik xətlərin 610 metrində əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin 280 metrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə 4 ədəd transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda isə qeyd edilir ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda kommersiya itkilərinin qarşısının alınmasında da mühüm rol oynayır. Belə ki, cari ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı 4 istehlakçının (bunun 3-ü məişət abonenti (əhali) istehlakçılarına aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 12,5 min kilovatsaatdan artıq (bunun 9,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 750 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 47 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2012-ci ilin aprel ayında keçirilmiş reydlər zamanı 1 qayda pozuntusu (bu da məişət abonenti (əhali) istehlakçısına aiddir) faktı aşkar edilərək 2,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.