TƏMİR İŞLƏRİ VAXTINDA VƏ KEYFİYYƏTLƏ YERİNƏ YETİRİLİR

Image

“Sumqayıt YGEŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, təməli 1964-cü ildə qoyulmuş bu müəssisə Sumqayıt  və ətrafı ilə  paralel  olaraq,  ölkəmizin  şı­mal bölgəsinin, Abşeron  yarımadasının  bir  hissəsinin, eləcə  də  Şamaxı-Qobustan (Mərəzə) ra­yonlarının  enerji  təchizatını  tə­min  edir.

Mənbəyə istinadən qeyd edək ki, respublikanın sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı, o cümlədən şəbəkənin balansındakı yarımstansiyalardan elektrik enerjisi ilə təchiz edilən şəhər və qəsəbələrin, sənaye obyektlərinin ildən-ilə artdığı nəzərə alınaraq, əsas yarımstansiyalarda olan transformatorların bəziləri daha güclüləri, köhnə tipli yağ açarları müasir, zamanın tələblərinə cavab verən eleqaz, vakuum açar­larla   əvəz edilib, mövsümi tədbirlər planına, illik plan-qrafikə əsasən bütün işlər ardıcıllıqla, vaxtında  və  keyfiyyətlə   yerinə   yetirilib.

Görülən işlərə nümunə olaraq 220 kV-lik  “Sənaye  Qov­şağı”  yarımstansiyasında 1 və 2 saylı avtomat transformatorların  dəyişdirilməsi, VII “Abşeron”  HX-nin   220  kV-lik yağ  açarlarının eleqaz  açarlarla, 110  kV-lik 3 ədəd     cərəyan  transformatorlarının isə yeniləri  ilə əvəz  edilməsi göstərilə bilər. 110  kV-lik  “Sumqayıt-2”  yarımstansiyasında isə 1 və 2 saylı   80  MVA-lıq  transformatorların yağ  açarları eleqaz  açarlarla,  4 ədəd  10  kV-lik  şəhər  fiderlərinin  yağ  açarları vakuum  açarları  ilə dəyişdirilib.

Onu da qeyd etmək yerinə düşərdi ki, respublikanın  sosial-iqtisadi  həyatının  bütün  sahələrində  ol­duğu  kimi, şəbəkənin balansında olan 110 kV-lik 135 saylı ya­rımstansiyadan qidalanan  Sum­­qayıt  şəhərinin və yaxınlıqdakı   qəsəbələrin, sənaye obyektlərinin  də  bütövlükdə  inkişaf  etdiyi nəzərə  alınaraq, elektrik  enerjisinə  artan   tələbatı  təmin  etmək  üçün   həmin yarımstansiyadakı 2 saylı 31,5  MVA  gü­cün­də  olan  transformator  yeni  40  MVA-lıq  transformatorla  əvəz  edilib.  Həm­çinin,  135 saylı yarımstansiyada yeni  müasir  avadanlıqlarla  təchiz  olunmuş  6  kV-lik  Qapalı Paylayıcı Qupuluşun tikintisi  başa  çatdırılıb  və  yaxın  günlərdə is­tis­mara  veriləcəkdir.

Sonda onu da qeyd edək ki, şəbəkənin  balansında  olan  bütün 110-500 kV-lik  hava elektrik verilişi xətlərində  və  yarımstansiyalarda yenidənqurma, əsaslı  və  cari  təmir   işləri vaxtında və  keyfiyyətlə  yerinə  yetirilir.