ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

Xidmət etdiyimiz rayonun elektrik enerji təchizatı 65 ədəd 10 kV-lik elektrik verilişi xətləri (EVX), ümumu gücü 235,5 MVA-dan artıq olan 1775-dən çox transformator, komplekt transformator məntəqələri (TM və KTM) vasitəsilə həyata keçirilir” – bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Ağcabədi Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumatda bildirilir.

Burada stehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilən yenidənqurma və təmir-tikinti işləri cari iln son üç ayında da uğurla həyata keçirilmişdir. Belə ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Təzəkənd”, “Nizami”, “Şəhər” 1 və 2, “Qaraxanlı” və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 3,8 kilometrə yaxın xətt də təmir edilmişdir. Eyni zamanda sözügedən dövrdə 0,4 kV-lik xətlərin 3,3 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır.

Qeyd edək ki, təmir işləri TM və KTM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövr ərzində balans mənsubiyyətinə aid olan 33 ədəd müxtəlif güclü transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Onu da qeyd edək ki, hazırda payız-qış mövsümünə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri davam etdirilir.

İtkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 47 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 31,5 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 61,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 46 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin ötən 5 ayı ərzində isə burada 298 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 2 milyon 214,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 132,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan, yanğın törədə biləcək tullantılardan təmizlənmiş, yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.

Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.