Enerjisistemin İdarəolunması
Dispetçer İdarəetmə Mərkəzi
Enerjisistemin rəqəmsal idarə olunması — Enerjisistemin Rəqəmsal İdarəetmə Departamenti tərəfindən həyata keçirilir.
Dispetçer İdarəetmə Mərkəzinin fəaliyyətinin əsas məqsədi — elektrik enerjisinin istehsalının və ötürülməsinin fasiləsiz idarə olunması ilə texniki reqlamentlərin və digər normativ aktların tələblərinə uyğun respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi təchizatının, o cümlədən elektrik enerjisinin keyfiyyət göstəricilərinin təmin edilməsidir.
Dispetçer Mərkəzi İdarəsindən Görüntülər
DİM-in Fəaliyyəti
- 170-dən artıq elektrik stansiyası və yarımstansiyanın Mərkəzi SCADA və MicroSCADA sistemlərinə tam rəqəmsal inteqrasiyası
- WAMS və WACS sistemləri (PMU qurğuları) vasitəsilə tezlik, gərginlik və faza bucaqlarının real vaxtda sinxron ölçülməsi və avtomatik tənzimlənməsi
- Batareya Enerji Saxlanc Sistemlərinin (BESS)?BOEM-lərin və AGC avtomatik generasiya tənzimlənməsinin şəbəkəyə inteqrasiyası
- Rele mühafizəsi və avtomatika sistemlərinin IEC 61850 beynəlxalq standartı əsasında vahid rəqəmsal mühitə keçirilməsi
- GIS bazası və EOOMS Digital platforması vasitəsilə yüksək gərginlikli şəbəkələrin və obyektlərin rəqəmsal xəritə üzərində pasportlaşdırılması
- 2400-dən artıq elektrik enerjisi və qaz uçot nöqtəsinin mərkəzləşdirilmiş təhlükəsiz platformaya inteqrasiyası və texniki itkilərin analitikası
- Pilotsuz uçuş aparatları (PUA), optik/termal müşahidə və Travelling Wave metodu ilə elektrik verilişi xətlərində qəzaların erkən tespiti
- Mərkəzləşdirilmiş Hava Proqnozu Sistemi, meteoroloji inteqrasiya və Süni İntellekt (AI) əsaslı proqnozlaşdırıcı texniki xidmət həlləri
İdarəetmə Sistemi
SCADA/EMS və WAMS/WACS Sistemi
Açıq struktura malikdir, 170 enerji obyektini əhatə edir və yeni obyektlərin birləşdirilməsinə texniki imkan yaradır.
Telekommunikasiya
Fibro-optik şəbəkə üzərindən yaradılmış, tam yenilənmiş SCADA,WAMS,IP Telefon avadanlıqları sistemi.
Mərkəzi Dispetçer
Paralel olaraq ehtiyat gözləmə rejimində işləyən Ehtiyat Dispetçer Mərkəzi və 9 Regional Monitorinq Mərkəzi.
Beynəlxalq İnteqrasiya
İCCP protokolları ilə qonşu dövlətlərin müvafiq sistemləri ilə texnoloji-dispetçer məlumatlarının mübadiləsi.
2018 — 2026
SCADA/EMS/Telekommunikasiya/Enerjinin uçotu sistemi "Elektrik enerjisinin ötürülməsi sisteminin inkişafı" layihəsi çərçivəsində yerinə yetirilmişdir.