AzərEnerji EXPO 2025-də təqdimat keçirib
Xəbər verildiyi kimi Yaponiyanın Osaka şəhərində keçirilən EXPO
2025 Dünya sərgisində Azərbaycan heyəti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə qurulan
“Yeddi Gözəl” pavilyonu ilə təmsil olunur.
Sentyabrın 28-də
“Azərenerji” ASC-nin nümayəndə heyəti pavilyonda sərginin əsas
istiqamətlərindən biri olan BMT-nin 17 Davamlı İnkişaf Məqsədi çərçivəsində
görülən işlər barədə təqdimat keçirib.
Təqdimatda xüsusilə üç
istiqamət üzrə görülən tədbirlər vurğulanıb: “Münasib və Təmiz Enerji”,
“Məsuliyyətli İstehlak və İstehsal” və “İqlim Dəyişikliyi ilə Mübarizə”. Bu
mövzular üzrə Yaşıl Enerji Zonalarının inkişafı, istehsal güclərində yeni
texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin sistemə
inteqrasiyası, eləcə də beynəlxalq enerji dəhlizlərində iştirakla bağlı həyata
keçirilən layihələr barədə məlumat verilib.
Təqdimat sərgi qonaqları tərəfindən maraqla qarşılanıb və Azərbaycanda enerji sahəsində görülən işlər müsbət qiymətləndirilib.