ŞƏHİDLƏRİMİZİ HÖRMƏT VƏ ETİRAMLA ANIRIQ

Tarix : 20-01-21 09:00

20 yanvar faciəsi hüznlə anıldığı qədər də, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi xatırlanır. İstər 20 yanvar, istərsə də digər dönəmlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü yğrunda canını fəda edən Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayır. 20 Yanvar tarixinin 31-ci il dönümü isə bu il daha fərqli anılır. Çünki artıq Silahlıq Qüvvələrin Ali Baş Komandanı, Cənab Prezident İlhəm Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə 20 yanvarda və digər vaxtlarda həlak olan şəhidlərimizin ruhunu şad etdi. 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız, 20 yanvarda həlak olanlar da daxil olmaqla bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik.  

“Azərenerji” ASC