“Azərenerjİ” İşğaldan azad edİlən rayonlarda İşləmək üçün kadr yığır

Tarix : 20-11-20 10:00

      Silahlı Qüvvələrin Ali Baş Komandanı rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün “Azərenerji” ASC aşağıdakı vəzifələr üzrə kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edir.

Vəzifələr:

  • 330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorları
  • Su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklər
  • Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis
  • Elektrik maşın, aparat və cihazların sazlayıcısı
  • Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis
  • Rele mühafiəsi və avtomatika üzrə mühəndis
  • Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis
  • İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis
  • Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı

 

Tələblər:

  • Elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisası (vəzifədən asılı olaraq)
  • İddiaçının vəzifəyə görə 6 aydan 5 ilədək iş təcrübəsi (iş stajı)
  • İstilik energetikası və elektroenergetika üzrə nəzəri və praktik (təcrübi) biliklər
  • Avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə biliklər
  • Kompyuter biliyi: MS office
  • Məhsuldar işləmək bacarığı, islahat və yeniliklərə meyillilik, komandada işləmək qabiliyyəti olması

 

 

Tələb olunan sənədlər:

  • Fotoşəkilli şəxsi vərəqə (CV) forması
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Təhsil haqqında sənədin surəti

Qeyd edək ki, müraciət edən namizədlərin bilik səviyyələri "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər kadr ehtiyyatı bankına daxil ediləcək və işlə təmin olunacaqlar. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında  təlim tədris kurslarına cəlb oluna bilərlər.

Sənədlər həftə içi 5 gün saat 09:00–dan 18:00–dək "Azərenerji" ASC-nin Kadrlar şöbəsinə təqdim olunur.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Ak.Əbdulkərim Əlizadə küçəsi,10 AZ1005. Müsabiqədə iştirak etmək istəyənlər əlaqə üçün (+99412) 490-09-43 telefon nömürəsinə zəng edə və ya cv@azerenerji.gov.az ünvanına CV-lərini göndərə bilərlər.